...

Deputat: Azərbaycanın bütün bölgələri kimi, Nardaran da inkişaf etməlidir

Cəmiyyət Materials 11 Dekabr 2015 17:43 (UTC +04:00)
Azərbaycanın bütün bölgələri, bütün rayonları, bütün kəndləri inkişaf etdiyi kimi, Nardaran qəsəbəsi də inkişaf etməlidir.
Deputat: Azərbaycanın bütün bölgələri kimi, Nardaran da inkişaf etməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın bütün bölgələri, bütün rayonları, bütün kəndləri inkişaf etdiyi kimi, Nardaran qəsəbəsi də inkişaf etməlidir.

Milli Məclisin deputatı Rövşən Rzayev Trend-ə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması çox alqışlanan haldır.

Deputat bu vəsait hesabına Nardaran sakinlərinin problemlərinin həll ediləcəyinə ümid etdiyini deyib: "Nardaranda Azərbaycanın dövlət quruculuğuna uyğun olmayan hadisələr baş verdi. Orada olan problemlər həqiqətən də öz həllini tapmalıdır. Mənə elə gəlir ki, müəyyən orqanlar öz işlərini vaxtilə düzgün qursaydılar, bu problemlər çoxdan öz həllini tapa bilərdi. Ona görə də bu sərəncamı çox dəyərləndirirəm və vacib hesab edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti