...

300-ə yaxın xəstə böyrəyinin köçürülməsi üçün növbə gözləyir

Cəmiyyət Materials 29 İyun 2016 13:00 (UTC +04:00)
Hazırda böyrək köçürülməsi üçün 300-ə yaxın xəstə növbə gözləyir.
300-ə yaxın xəstə böyrəyinin köçürülməsi üçün növbə gözləyir

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda böyrək köçürülməsi üçün 300-ə yaxın xəstə növbə gözləyir.

Trend-in məlumatına görə, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda böyrək çatışmazlığı ilə bağlı ən böyük problem donor məsələsidir: "Çünki hazırda ölkədə ancaq qohumlardan böyrək köçürülmələri həyata keçirilir. Xəstələr daha çox canlı donor və qohumlarının, eləcə də ailə üzvlərinin böyrəklərinin köçürülməsi üçün növbəyə dayanırlar”.

Azərbaycandakı hemodializ xəstələrinin sayı açıqlandı

Azərbaycandakı hemodializ xəstələrinin sayı açıqlandı

Bu ilin yanvar ayının 1-dən bu günə kimi 600-ə yaxın xəstə qeydiyyata alındığını deyən F.Babayev əlavə edib ki, böyrək çatışmazlığı xəstəliyi daha çox orta yaşlı insanlarda rast gəlinir: "Əhalinin daha çox 35-50 yaş arasında olan təbəqəsi arasında xroniki böyrək çatışmazlığı xəstəliyi qeydə alınır. Hemodializ alan xəstələrin 57 faizi kişi, 43 faizi isə qadınlardır. Bu gün şəkərli diabet və hiporteniya xəstələrinin dünyada sayının artması Azərbaycana da təsirsiz ötüşmür. Belə ki, həmin xəstələrin sayının artması fəsad olaraq böyrək çatışmazlığı xəstəliyinin artmasına səbəb olur. 5 il bundan qabaq Azərbaycanda hemodializ xəstələrinin say göstəricisini araşdıranda bunun səbəbləri arasında böyrək çatışmazlığı birinci sırada idi. Lakin bu gün 27,4 faiz xəstədə böyrək çatışmazlığı xəstəliyinin əsas səbəbi şəkərli diabet xəstəliyidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti