...

Azərbaycandakı hemodializ xəstələrinin sayı açıqlandı

Cəmiyyət Materials 29 İyun 2016 12:39 (UTC +04:00)
Hazırda Azərbaycanda 3 044 hemodializ xəstəsi var. Xəstələrdən ən cavanının 6, ən yaşlısının isə 84 yaşı var.
Azərbaycandakı hemodializ xəstələrinin sayı açıqlandı

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Azərbaycanda 3 044 hemodializ xəstəsi var. Xəstələrdən ən cavanının 6, ən yaşlısının isə 84 yaşı var.

Trend-in məlumatına görə, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev jurnalistlərə deyib.
F.Babayevun sözlərinə görə, bu gün Azərbaycanda 1 milyon əhaliyə 450-500 nəfər böyrək çatışmazlığı xəstəsi düşür ki, onların da təxminən 50-55 %-nin hemodializə ehtiyacı olur.
Şöbə müdiri qeyd edib ki, əhalinin sıxlıq müşahidə olunan regionlarında, xüsusən Azərbaycanın qərb bölgəsində böyrək xəstələrinə daha çox rast gəlinir.

F.Babayevin sözlərinə görə, dünyanın ən aparıcı ölkələrində böyrək xəstələri arasında ölüm göstəricisi 29-35 % -dir. Azərbaycanda isə bu göstərici 22-23 % təşkil edir.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanda bir il ərzində 600-650 xəstə ölümü qeydə alınır. Dünya statistikası rəqəmlərindən daha aşağıdır.

Bu ilin yanvarın 17-də Nazirlər Kabinetinin qərarı ilə Xroniki böyrək çatışmazlığı xəstəlikləri üzrə Dövlət proqramının 2016-2020-ci illəri əhatə edən ikinci mərhələsinin qəbul olunduğunu xatırladan F.Babayev əlavə edib ki, bu proqrama uyğun olaraq respublikaının bütün regionlarında dializ mərkəzlərinin açılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti