...

Azərbaycanda dializ olunan xroniki böyrək çatışmazlığı xəstələrinin sayı hər il 20-22 faiz artır

Cəmiyyət Materials 29 İyun 2016 11:18 (UTC +04:00)
Azərbaycanda müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması nəticəsində dializ ilə əhatə edilən xroniki böyrək çatışmazlığı xəstələrinin sayı hər il 20-22 % artır.
Azərbaycanda dializ olunan xroniki böyrək çatışmazlığı xəstələrinin sayı hər il 20-22 faiz artır

Bakı. İlhamə İsabalayeva-Trend:

Azərbaycanda müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması nəticəsində dializ ilə əhatə edilən xroniki böyrək çatışmazlığı xəstələrinin sayı hər il 20-22 % artır.

Trend-in məlumatına görə, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə 1 milyon əhalidən 800-1000 nəfərində xroniki böyrək çatışmazlığı müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır.

F.Babayev əlavə edib ki, hazırda dünya əhalisi arasında xroniki böyrək çatışmazlığı və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır.

Şöbə müdirinin sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən 34 hemodializ mərkəzində (onlardan 26-sı regionlarda, 8-i Bakıda) 2 900-dən artıq xəstə dövlət vəsaiti hesabına proqram hemodializ müalicəsi qəbul edir. Hazırda ölkədə 544 hemodializ aparatı xəstələrə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti