...

"Dövlət-din münasibətlərini düzgün istiqamətləndirmək üçün qanunvericilik bazası təkmilləşdirilib"

Cəmiyyət Materials 25 İyul 2016 17:25 (UTC +04:00)
Azərbaycanda dövlət-din münasibətlərinin düzgün istiqamətləndirilməsi məqsədilə qanunvericilik bazası təkmilləşdirilib.
"Dövlət-din münasibətlərini düzgün istiqamətləndirmək üçün qanunvericilik bazası təkmilləşdirilib"

Bakı. Trend:

Azərbaycanda dövlət-din münasibətlərinin düzgün istiqamətləndirilməsi məqsədilə qanunvericilik bazası təkmilləşdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu qurumun Kollegiya iclasında komitə sədrinin müavini Səyavuş Heydərov deyib.

S.Heydərov hesabat məruzəsi ilə çıxış edərək, cari ilin 6 ayı ərzində DQİDK tərəfindən dini radikalizmlə mübarizə istiqamətində silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. O, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərinə toxunub.

Sədr müavini bildirib ki, son illərdə dövlət-din münasibətlərinin milli təhlükəsizlik və milli maraqlar baxımından düzgün istiqamətləndirilməsi məqsədilə mövcud qanunvericilik bazası təkmilləşdirilib, hüquqi aktlara zəruri əlavə və düzəlişlər edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılmaqla əhali arasında genişmiqyaslı maarifləndirmə, qabaqlayıcı və profilaktik xarakterli tədbirlər keçirilir.

Xəbər lenti

Xəbər lenti