...

"Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilib

Cəmiyyət Materials 24 Sentyabr 2016 10:08 (UTC +04:00)
"Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
"Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, yeni qərara əsasən, Dövlət Sosial Müdafiə Fondu üzrə göstərilən iki xidmət - fərdi uçot sistemində sığortaolunanların məlumat bazası və pensiyaçılar üzrə informasiya ehtiyatı siyahıdan çıxarılıb. Həmin xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə göstərilən xidmətlərin siyahısına əlavə edilib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin bu ilin martında “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” verdiyi fərmana əsasən, Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti