...

Azərbaycan Belarusla saxta dərmanlara qarşı birgə mübarizə aparacaq

Cəmiyyət Materials 16 Noyabr 2016 17:10 (UTC +04:00)
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və Belarus Respublikasının “Səhiyyə xidmətində ekspertiza və tədqiqatlar Mərkəzi” arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycan Belarusla saxta dərmanlara qarşı birgə mübarizə aparacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və Belarusun “Səhiyyə xidmətində ekspertiza və tədqiqatlar Mərkəzi” arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, memorandumun əsas predmeti dərman vasitələri, tibbi ləvazimat və tibbi texnikanın ekspertizası, onların keyfiyyətinə nəzarət, farmakonəzarət, elmi tədqiqatlar, dərman vasitələri və tibbi ləvazimatlar dövriyyəsinə dair məlumat mübadiləsi sahələrində əməkdaşlığı inkişaf etdirməkdir.

Memorandumda təcrübə mübadiləsi, eləcə də dərman vasitələri və tibbi ləvazimatların qeydiyyatı və dövriyyəsi sahələrində beynəlxalq standartların tətbiq edilməsinə dair tövsiyələrin hazırlanmasına dəstək, qabaqcıl təcrübə, metodika və praktika, tədqiqat materiallarının mübadiləsi, saxta məhsullara qarşı mübarizə üsulları, bu istiqamətdə informasiya mübadiləsi və s. bu kimi məsələlərdə əməkdaşlıq öz əksini tapıb.

Sənəd Minskdə təşkil olunmuş “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində keyfiyyətli və ucuz antiretrovirus və vərəm əleyhinə preparatların əlçatan olmasının genişləndirilməsi üzrə Regional Konfrans”dan sonra keçirilən görüş zamanı imzalanıb. Ölkəmizi konfransda Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Suleymanov təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti