...

Azərbaycanda dərman qiymətləri ilə bağlı yeni TƏKLİF

Cəmiyyət Materials 15 Dekabr 2016 22:13 (UTC +04:00)
Bir neçə gün öncə Tarif (qiymət) Şurası bir neçə adda dərman vasitələrinin qiymət siyahısını yeniləyib və apteklərdə həmin dərmanların qiymətində müəyyən artım müşahidə olunub.
Azərbaycanda dərman qiymətləri ilə bağlı yeni TƏKLİF

Bakı. Elçin Mehdiyev - Trend:

Tarif (qiymət) Şurası bir neçə adda dərman vasitələrinin qiymət siyahısını yeniləyib və apteklərdə həmin dərmanların qiymətində müəyyən artım müşahidə olunur.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev hesab edir ki, Tarif (qiymət) Şurasının bu qərarı dolların məzənnəsindəki dəyişikliklə əlaqədardır.

Millət vəkili Trend-ə bildirib ki, bu məsələnin həllini tapmaq lazımdır ki, daha çox tələbat olan dərmanların qiymətini sabit saxlamaq mümkün olsun.

Deputat bildirib:

“Təklif edirəm ki, 500 adda daha çox tələbat olan dərman vasitəsinin qiyməti sabit saxlanılsın, digərlərinin qiyməti sərbəst buraxılsın. Yəni, 500 adda dərmanın qiyməti tənzimlənsin və sahibkar 500 dərmanın deyil, digər dərman vasitələrinin satışından gəlir əldə etsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti