...

Anna Qurbanova Daşkənddə Dünya Kubokunun bürünc mükafatçısıdır

Cəmiyyət Materials 7 Noyabr 2005 12:54 (UTC +04:00)

Azərbaycanlı gimnast Anna Qurbanova Daşkənddə Bədii Gimnastika üzrə Dünya Kubokunun son mərhələsində 3-cü yerə layiq görülüb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat-xidmətindən Trend ə verilən məlumata görə, o, "Bağdada gedən yol" adlı ərəb musiqisi altında iplə çıxış edərək final oyununda 15.9 bal toplayıb və beləliklə də turnirin bürünc mükafatçısı adını qazanıb. Top, gürz, lent və çoxnövçülük oyunlarında gimnastımız 7-ci yerlə kifayətlənib.

"Mən bu mükafatı qazanmağıma çox şadam. Daşkənddə Dünya Kuboku oyunları mənim üçün uğurlu olub. Xatırlayırsınızsa, mən keçən il də burada fəxri kürsüyə qalxmışdım", - deyə o qeyd edib.

Özbəkistanda qələbəni Rusiya gimnastları - dünya çempionları Vera Sesina (ip, lent və çoxnövçülük) və Olqa Kapranova (top, gürz) bayram ediblər.

Xəbər lenti

Xəbər lenti