...

"Lill" - "Qəbələ" oyunu polşalılara tapşırıldı

İdman Materials 25 İyul 2016 18:03 (UTC +04:00)
"Qəbələ"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.
"Lill" - "Qəbələ" oyunu polşalılara tapşırıldı

Bakı. Trend:

"Qəbələ"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.

Trend-in məlumatına görə, iyulun 28-də Fransanın “Lill” klubu ilə səfərdə keçiriləcək görüşü polşalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Daniel Stefanski olacaq.

"Lill" - "Qəbələ" oyunu Lillin "Metropol" arenasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, komandalar arasında cavab oyunu avqustun 4-də Bakıda baş tutacaq.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
28 iyul
21:00. “Lill” (Fransa) - “Qəbələ”
Baş hakim: Daniel Stefanski (Polşa)
Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Qolis (hər ikisi Polşa)
Dördüncü hakim: Zbiqnev Dobrınin (Polşa)
Lill. “Metropol”

Xəbər lenti

Xəbər lenti