...

"AtaBank" Bakı Şopinq Festvalında gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

İqtisadiyyat Materials 12 Aprel 2017 12:16 (UTC +04:00)
“AtaBank” ASC Azərbaycanın paytaxtı Bakı şəhərində ilk dəfə keçirilən Ticarət festivalı - “Baku Shopping Festival” zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"AtaBank" Bakı Şopinq Festvalında gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Bakı. Trend:

“AtaBank” ASC Azərbaycanın paytaxtı Bakı şəhərində ilk dəfə keçirilən Ticarət festivalı - “Baku Shopping Festival” zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bankdan Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi əsasında Bankın aşağıdakı filialları aprelin 10-dan mayın 10-dək həftə sonları daxil olmaqla, hər gün saat 09:00-dan – 21:00-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:

Bakı filialı - Bakı şəh., Neftçilər pr., 67 ; 09:00 – 21:00-dək (fasiləsiz)
Yeni Həyat filialı - Bakı şəh., Zərifə Əliyeva pr., 55; 09:00 – 21:00-dək (fasiləsiz)

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti