...

Standard & Poor’s növbəti dəfə PAŞA Bankın yüksək reytinqini təsdiq edib

İqtisadiyyat Materials 8 İyun 2017 13:59 (UTC +04:00)
Standard & Poor's beynəlxalq reytinq agentliyi növbəti dəfə Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın reytinqini yüksək səviyyədə təsdiq edib.
Standard & Poor’s növbəti dəfə PAŞA Bankın yüksək reytinqini təsdiq edib

Bakı. Trend:

Standard & Poor's beynəlxalq reytinq agentliyi növbəti dəfə Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın reytinqini yüksək səviyyədə təsdiq edib.

Bankdan Trend-ə verilən məlumata görə, emitentin defoltunun uzunmüddətli reytinqi ("EDR") «ВВ-» səviyyəsində, qısamüddətli EDR isə "B" səviyyəsində təsdiq olunub. Bu, Azərbaycanın 100% yerli kapitallı özəl bankları arasında ən yüksək reytinqlərdən biridir.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, Standard & Poor's-un ölkə reytinqini dəyişməz saxlaması fonunda Bankın reytinqinin təsdiq olunması bizim üçün gözlənilən bir nəticə idi.

«Maliyyə bazarında carı vəziyyəti nəzərə alaraq bu Bankımız üçün çox böyük bir nailiyyətdir. Reytinqimizin təsdiq olunması Banka regional maliyyə institutu kimi göstərilən etimadın göstəricisidir. 10 il bundan əvvəl qurulduğunda PAŞA Bankın qarşısına qoyduğu əsas məqsəd özəl qeyri-neft sektorunda inkişaf etmək olmuşdur və Bankın strategiyaları bu məqsəd ətrafında qurulmuşdur. Uzunmüddətli, dayanıqlı inkişafı hədəf alan Bank öz korporativ və risk idarəetməsinə, insan kapitalına və İT infrastrukturuna böyük sərmayələr yatırmışdır. Standard & Poor's-un çağırışlarla dolu bir zamanda PAŞA Bankın reytinqini eyni səviyyədə saxlaması strategiyamızın düzgün və uğurlu olduğunun bir daha sübut edir », - deyə T. Kazımov bildirdi.

Qeyd edək ki, Standard & Poor's öz hesabatında PAŞA Bankın Azərbaycanın bank sektoru üçün yüksək əhəmiyyət kəsb etdiyini qeyd edir və bankın biznes mövqeyinin qiymətləndirilməsində Bankın korporativ müştərilərə göstərilən xidmətlər seqmentində böyük bazar payını, həmçinin təcrübəli idarəetmə komandasına malik olduğunu nəzərə alır.

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 450 çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir.

www.pashabank.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti