...

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti uzadılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2015 19:22 (UTC +04:00)
Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti uzadılıb

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda bir məsələ - bankın İdarə Heyəti üzvlərinin səlahiyyət müddətinin uzadılması barədə məsələyə baxılıb.

Müşahidə Şurasının qəbul etdiyi qərara əsasən, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 22 iyul 2015-ci il tarixədək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti