...

Bakıda əmək yarmarkası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 14:10 (UTC +04:00)

"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Bakı şəhərində növbəti yarmarka keçirib". Nazirliyin Baş Məşğulluq İdarəsindən Trend ə verilən məlumata görə, yarmarkanın yekunlarına görə, 2353 nəfər təyinat alıb, 115 nəfər isə hazırlıq kurslarına cəlb olunub.

İdarədən o da bildirilib ki, yarmarkada 986 min müəssisə, o cümlədən 62 xarici şirkət tərəfindən 6284 iş yeri təqdim olunub. Onların 2927-si dövlət, 3357-si isə özəl müəssisələrdədir.

Dövlət sektorunda iş yerləri üzrə orta əmək haqqı 390 min manat, özəl sektorda 578 min manat, xarici şirkətlərdə isə 830 min manatdır.

Əmək Nazirliyinin bundan əvvəl regionlarda keçirdiyi analoji tədbirlər nəticəsində 4500 nəfər işlə təmin olunub.

Xəbər lenti

Xəbər lenti