...

Kənd təsərrüfatı naziri FAO-nun 60 illik yubileyi münasibətilə təntənələrdə iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2005 14:23 (UTC +04:00)

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (Food and Agriculture Organization of the United Nations FAO) 60 illiyi ilə bağlı təntənələrdə iştirak edir. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO - FAO) BMT-nin ilk ixtisaslaşmış müəssisəsi olub 1945-ci il oktyabrın 16-da yaradılıb. Hazırda onun üzvlərinin sayı 150-yə yaxındır. Təşkilatın məqsədi kənd təsərrüfatı sahəsində Təşkilatın məqsədi kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalı, meşə və balıqçılıq sənayesi sahəsində texniki yardım göstərməkdən ibarətdir. FAO-nun mənzil- qərargahı Romada yerləşir.

Cari ildə Beynəlxalq aclıqla mübarizə gününün 60 illik yubileyinin mövzusu "Kənd təsərrüfatı və mədəniyyətlər arasında dialoq" olub. FAO-nun fikrincə, məhz mədəniyyətlər arasında dialoqun aclığa qarşı mübarizə və ətraf mühitin pisləşməsində əhəmiyyətli rol oynayır. Təntənələrdə dünyanın müxtəlif ölkələrindən çoxlu sayla dövlət nümayəndə heyətləri iştirak edir.

Bundan əlavə, təntənələr çərçivəsində İ.Abbasovun aqrar sahədə əməkdaşlığını inkişafını müzakirə etmək üçün İtaliyanın kənd təsərrüfatı naziri Canni Alemanno, eləcə də FAO-nun digər rəhbərləri ilə görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti