...

Yaxın vaxtlarda Azərbaycan ilə Misir arasında yeni avia reysi açıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2005 12:37 (UTC +04:00)

Azərbaycan Misirin Azərbaycan ilə həmin ölkə arasında yeni avia reysinin açılması barədə təklifinə razılıq verib.Misirin Azərbaycandakı səfirliyində Trend ə bildirilib ki, bu barədə razılaşma Misirin Azərbaycandakı səfiri Yusif Əhməd Əl Şərkavinin "AZAL" rəhbərliyi ilə dəfələrlə etdiyi görüşlər nəticəsində əldə olunub.

Yeni avia reysinin açılması və mövcud olan Bakı-Şərm Əl Şeyx reysinin uzadılması təşəbbüsü Misirin mülki aviasiya nazirliyinə məxsusdur.

Xüsusilə Misir tərəfi "Azal"a mövcud Bakı-Şərm Əl Şeyx avia reysinin Qahirəyədək uzadılması tələbatı nəzərə alınmaqla Misirin digər iri şəhərlərinə də yeni reyslərin açılmasını təklif edib.

Səfirlikdə hesab olunur ki, mövcud reysin Qahirəyədək uzadılması Misir mallarının digər ölkələrdən keçirilərək Azərbaycana daxil olması problemini həll edər və hər iki ölkənin iş adamları üçün əlverişli şərtlər yaradar.Reysin uzadılması həm də Azərbaycan ilə Misir arasındakı mal dövriyyəsi həcminin artırılmasına imkan yaradar.Qeyd edək ki, həmin həcm 2004-cü ildə təxminən 1,2 mln. dollap təşkil edirdi.

Hazırda hər iki ölkənin ekspertləri təklif mexanizmlərini nəzərdən keçirir. Məsələ iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın müzakirəsinə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti