...

Aqrolizinq ASC Şəkidə regional baza açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2005 14:05 (UTC +04:00)

Aqrolizinq ASC Şəkidə növbəti bazasını açacaq. ASC-nin lizinq layihələrinin inkişafı və regionlarla iş üzrə şöbəsinin rəisi Bəşir Xəlilovun Trend ə bildirdiyi kimi, tədbir gələn həftə keçiriləcək. Bazanın açılışında kənd təsərrüfatı naziri İsmət Abbasovun, ASC-nin rəhbəri Tariyel Rəsulovun, müəssisənin şöbə müdirlərinin, Şəki İcra Hakimiyyəti nümayəndələrinin iştirakı gözlənilir.

B.Xəlilovun sözlərinə görə, hazırda bazada 14 növdə 77 kənd təsərrüfatı texnikası yerləşdirilib.

Bazaların ümumi sayı 10-dur və noyabrın 4-də belə obyektlərin Bakı, Şəki, Xaçmaz, Şamaxı, İmişli, Cəlilabad, Yevlax, Gəncə və Tovuzda da istismara veriləcəyi gözlənilir.

Bu bazalarda kənd təsərrüfatı texnikasının lizinq yolu ilə icarəyə verilməsi, bu istiqamətdə istehlakçılara xidmətlərin göstərilməsi, həmçinin, gübrələrin əldə olunması, saxlanılması və satışı mümkün olacaq.

Bütövlükdə, Aqrolizinq ASC tərəfindən 92 mlrd manat dəyərində 1000-dən artıq kənd təsərrüfatı texnikası alınıb.

Artıq texnikanın yarısı - 630-dan artıq taxılyığan kombayn, traktor, mini texnika Aqrolizinq ASC xətti ilə ölkəyə gətirilib və onların fermerlərə verilməsi prosesinə başlanılıb.

Fermerlər bu texnikanı qabaqcadan onun ümumi dəyərinin 10%-ni, yerdə qalan məbləği isə 5 il ərzində ödəməklə əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti