...

Asiya İnkişaf Bankının Azərbaycanda birinci energetika layihəsi alternativ elektrik enerji mənbələrinin tətbiqi üçün nəzərdə tutulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2005 14:28 (UTC +04:00)

Azərbaycanda birinci enerji layihəsinin hazırlanması üçün Asiya İnkişaf Bankı (AİB) $800 min məbləğində qrant ayırmağı planlaşdırır. Bu barədə Trend ə bankın Bakı nümayəndəliyinin rəhbəri Metyü Vestfol bildirib. Onun sözlərinə görə, layihədə əsasən ölkə regionlarını elektrik enerjisi ilə təchiz etmək nəzərdə tutulub.

Yel dəyirmanları, minihidravlik və günəş enerjisindən istifadə etməklə regionları alternativ enerji mənbələri ilə təchiz etmək kənd təsərrüfatının inkişafı üçün vacibdir. Bank tərəfindən layihənin həyata keçirilməsinə 2006-cı ildə $20-30 mln məbləğində kreditin ayrılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan bu yaxınlarda AİB-in "Bərpa olunan enerji, energetika səmərəliliyi və istilikxana qazlarının azalmasının araşdırılması" (PREGA) regional layihəsinə qoşulub.

2005-ci ilin sonuna kimi Azərbaycanın Sənaye və Energetika Nazirliyi ilə birlikdə bərpa olunan enerji mənbələri ilə bağlı Milli hesabat hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti