...

Təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 700 min nəfəri ötüb

Energetika Materials 10 Dekabr 2014 12:26 (UTC +04:00)
2014-cü il dekabrın 1-ə olan məlumata görə ölkə üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 720 856-ya çatıb.
Təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 700 min nəfəri ötüb

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2014-cü il dekabrın 1-ə olan məlumata görə ölkə üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 720 856-ya çatıb.

Trend ARDNŞ-nin saytına istinadən xəbər verir ki, onların 1 699 108-i əhali, 21 748-i isə qeyri-əhali sektoruna aiddir.

Abonentlərin 727 509-u Bakı şəhəri (716 829 əhali, 10 680 qeyri-əhali abonenti), 993 347-i isə regionların (982 279 əhali, 11 068 qeyri-əhali abonenti) payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti