Bakı. Maksim Tsurkov - Trend:
Rusiyanın "Krasnoye Sormovo" gəmiqayırma zavodu və Azərbaycanın "Caspian Marine Services Limited" şirkəti RST27 layihəli iki tankerin inşası və tədarükü üzrə müqavilə imzalayıb.
Bu barədə Trend zavodun saytına istinadən məlumat verir.
Müqaviləyə uyğun olaraq, tankerlər 2016-2017-ci illər ərzində sifarişçiyə veriləcək.