...

Azərenerji SC və "EES Rossii" RSC müqavilənin vaxtını uzadıb

Energetika Materials 29 Dekabr 2005 17:18 (UTC +04:00)

Azərenerji SC və "EES Rossii" RSC arasında imzalanmış müqavilənin müddəti 31 yanvar 2006-cı il tarixinə kimi uzadılıb. Bu barədə Trend ə SC-dən məlumat verilib.

"EES Rossii" RSC nümayəndələrinin Bakıya səfəri zamanı Azərbaycanın RF-dən aldığı elektrik enerjisinin qiyməti ilə bağlı məsələ üzrə danışıqlar aparılıb. "Biz RSC-nin saatda 1 kVt elektrik enerjisinin qiymətinin 4 sentə qədər qaldırılması təklifləri ilə razılaşmadıq", - deyə SC-də qeyd edilib.

Azərenerji nümayəndəsinin sözlərinə görə, danışıqların yekunları üzrə müqavilənin müddətinin 1 ay uzadılması haqqında qərar qəbul edilib. Beləliklə, bu müddət 31 yanvar 2006-cı ildə bitəcək.

Danışıqlar başa çatdıqdan sonra "EES Rossii" RSC nümayəndələri rəhbərliyi Azərenerji SC-nin mövqeyi ilə tanış etmək üçün Rusiyaya qayıdıblar. "Bu məsələ ilə bağlı danışıqlar yanvarın 31-nə kimi davam edəcək", - deyə SC nümayəndəsi əlavə edib.

Hazırda Azərbaycan Rusiyadan 2,8 sentə saatda 1 KVt elektrik enerjisi idxal edir.

Xəbər lenti

Xəbər lenti