...

Hesablama Palatası EUROSAI-ın Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi qrupuna qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2014 17:54 (UTC +04:00)
Azərbaycan Hesablama Palatası EUROSAI-ın Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə yaradılmış İşçi qrupuna qoşulub.
Hesablama Palatası EUROSAI-ın Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi qrupuna qoşulub

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Azərbaycan Hesablama Palatası EUROSAI-ın Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə yaradılmış İşçi qrupuna qoşulub.

Trend Palatanın rəsmi saytına istinadən məlumat verir ki, cari ilin 16-19 iyun tarixlərində Ali Audit Qurumlarının (AAQ) Avropa Təşkilatlarının (EUROSAI) Niderland Krallığının Haaqa şəhərində keçirilmiş IX Konqresi zamanı EUROSAI-ın Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə yaradılmış Xüsusi qrupunun əsasında eyniadlı yeni İşçi qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Ukrayna, Belarus, Macarıstan, Qazaxıstan, Moldova, Polşa və Rusiya AAQ-ləri ilə birlikdə Hesablama Palatasının da daxil olduğu bu Xüsusi qrup ötən dövr ərzində fəlakət və qəzaların nəticələrinin aradan qaldırılmasına ayrılmış vəsaitlərin beynəlxalq paralel auditi üzrə Birgə Hesabat hazırlayıb və Konqres zamanı Qrupa üzv ölkələrin AAQ rəhbərləri tərəfindən imzalanıb.

EUROSAI Katibliyinin və yeni yaradılmış İşçi qrupunun əlaqələndiricisi olan Ukrayna Hesablama Palatasının təklifinə cavab olaraq 2014-cü ilin iyul ayından sözügedən İşçi qrupuna qoşulması ilə bağlı Hesablama Palatası tərəfindən qərar qəbul olunub və bu barədə EUROSAI Katibliyinə bildirilib.

Təbii və texnogen fəlakətlərin müasir dövrdə beynəlxalq xarakter daşıması, bu fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması ilə bağlı ayrılmış vəsaitlərin effektiv istifadəsinin təmin edilməsi AAQ-lərin bu istiqamətdə intensiv və qarşılıqlı fəaliyyətlərini zəruri edib. Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi qrupunun yaradılmasında məqsəd bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi və əlaqələndirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti