...

AYİB Azərbaycanda iqtisadi artım proqnozuna yenidən baxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2014 20:27 (UTC +04:00)
2013-cü ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artım tempi 3 faiz səviyyəsində proqnozlaşdırılır.
AYİB Azərbaycanda iqtisadi artım proqnozuna yenidən baxıb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Azad Həsənli/

2013-cü ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artım tempi 3 faiz səviyyəsində proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu barədə "Avropa Yenidənqurma və İnkişaf Bankının əməliyyat apardığı ölkələrdə regional iqtisadi perspektivlər" adlı hesabatda deyilir.

AYİB-in may hesabatında cari ildə ölkədə iqtisadi artım proqnozu 3,5 faiz səviyyəsində olub.

Hesabatda deyilir ki, iqtisadi artım tempinin yubanmasına səbəb ölkədə neft hasilatı həcminin müvəqqəti azalmasıdır ki, bu da 2014-2015-ci illərdə ÜDM proqnozunun 3 faizədək azalmasına gətirib çıxarıb.

Bəzi Şərqi Avropa və Qafqaz ölkələrində ÜDM-in artım tempi üzrə proqnozun azalması səbəblərindən biri kimi Ukrayna-Rusiya Böhranı göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti