...

İtaliyalı nazir müavini: "Cənub Qaz Dəhlizi" qaz sahəsində inqilabdır

Energetika Materials 20 Sentyabr 2014 15:43 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" qaz sahəsində inqilabdır". İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinçenti belə hesab edir.
İtaliyalı nazir müavini: "Cənub Qaz Dəhlizi" qaz sahəsində inqilabdır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Seymur Əliyev/

"Cənub Qaz Dəhlizi" qaz sahəsində inqilabdır". İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinçenti belə hesab edir.

Trend xəbər verir ki, nazir müavini bu barədə şənbə günü Bakıda keçirilən "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Xəzər regionunda enerji resurslarının istismarı sahəsində çox böyük hədəflərə nail olunması qeyd edilir: "Bu, 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalamış Azərbaycan ilə neft şirkətləri arasında 20 illik əməkdaşlığın nəticəsidir".

Nazir müavini qeyd edib ki, bu müqavilə ölkənin enerji sektoruna böyük həcmdə investisiyalar cəlb etdi.

"Cənub Qaz Dəhlizi" haqqında danışan De Vinçenti İtaliyanın dəhlizin əsas tərkib hissələrindən biri olacaq Trans Adriatik qaz kəmərinin (TAP) dəstəklənməsi və inkişaf etdirilməsində rolunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti