...

"Eurovision 2012"-nin mahnılarından ibarət disklər may ayının əvvəlindən satışda olacaq

Mədəniyyət Materials 29 Fevral 2012 20:42 (UTC +04:00)
"Eurovision 2012"-nin mahnılarından ibarət disklər may ayının əvvəlindən satışda olacaq.
"Eurovision 2012"-nin mahnılarından ibarət disklər may ayının əvvəlindən satışda olacaq

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir E.Mehdiyev/

"Eurovision 2012"-nin mahnılarından ibarət disklər may ayının əvvəlindən satışda olacaq.

Trend-in çərşənbə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, bu ilin mayında Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində təmsil olunacaq 43 ölkənin şoudakı mahnılarından ibarət iki hissəli diskləri artıq sifariş etmək mümkündür.

Bu disklər pulsuz çatdırılır. İki hissəli disklər mayın əvvəlindən satışa çıxacaq. Disklərin qiyməti isə 19,95 Avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti