...

Azərbaycanın hakim partiyasının nümayəndə heyəti Rəcəb Tayyib Ərdoğanla görüşüb

Siyasət Materials 27 Avqust 2014 18:31 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Türkiyənin yeni Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Azərbaycanın hakim partiyasının nümayəndə heyəti Rəcəb Tayyib Ərdoğanla görüşüb

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Türkiyənin yeni Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bu barədə Trend-ə Tükiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında iştirak edən YAP nümayəndə heyətinin üzvü - YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov telefonla deyib.

Onun sözlərinə görə, görüşdə R.T.Ərdoğan Azərbaycan xalqına salamlarını çatdırıb və bildirib ki, sentyabrın ilk günlərində Azərbaycana səfər edəcək.

Sonra nümayəndə heyəti Əhməd Davudoğlu ilə görüşüb və ona AKP-nin sədri seçilməsi münasibətilə təbriklərini çatdırıblar.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndə heyətinə YAP icra katibinin müavini, Milli Məclisin deputatı S.Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti