...

Babək rayonunda dairəvi avtomobil yolunun yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 27 Avqust 2014 18:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Babək rayonunda dairəvi avtomobil yolunun yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunda otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti