...

Qırız – tarixlə müasirlik arasında ucqar məkan (FOTO)

Cəmiyyət Materials 31 Oktyabr 2013 11:25 (UTC +04:00)
Azərbaycanın şimal rayonlarından olan Qubanın Qırız kəndi haqqında ilk yazılı mənbələrə X əsrdə rast gəlinir.
Qırız – tarixlə müasirlik arasında ucqar məkan (FOTO)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycanın şimal rayonlarından olan Qubanın Qırız kəndi haqqında ilk yazılı mənbələrə X əsrdə rast gəlinir.

Rayonun dağ kəndlərindən biri olan Qırızda təxminən 25 ev və 350 nəfər sakin var. Kənd sakinləri bildirirlər ki, bir vaxtlar bu kənd əhalisinin sayına görə, ən öndə gələn kəndlərdən biri olub və onların sayı 8000 mindən çox olub.

Hazırda kənd ərazisində bir çox qədim tikililərlə yanaşı, qədim Qırız qalasının qalıqları da mövcuddur. Kənd ərazisində qədim Əbu Müslim məscidi vardır və eyni adlı məscidlərə rayonun Xınalıq və Cek kəndlərində də rast gəlmək olar.

Trend oxucularına Qubanın Qırız kəndindən fotosessiya təqdim edir.

Foto: Rufiz Hafizoğlu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti