Bakı. Trend:
Çinin Şandun vilayətində poladtökmə zavodunda baş verən qaz sızması nəticəsində ölənlərin sayı 10-a çatıb, daha 7 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.
Daha öncə 5 nəfərin öldüyü, 12 nəfərin zəhərlənməsi barədə məlumat yayılmışdı.
Qəzanın səbəbləri araşdırılır.