...

Türkiyə Suriyada hərbi baza yaradıb

Dünya xəbərləri Materials 28 Fevral 2017 20:35 (UTC +04:00)
Türk ordusu Suriyanın bir qədər əvvəl İŞİD-dən azad edilmiş El-Bab şəhərinin strateji hissəsində müvəqqəti hərbi baza yaradıb.
Türkiyə Suriyada hərbi baza yaradıb

Bakı. Trend:

Türk ordusu Suriyanın bir qədər əvvəl İŞİD-dən azad edilmiş El-Bab şəhərinin strateji hissəsində müvəqqəti hərbi baza yaradıb.

Trend-in məlumatına görə, bu barədə "Hurriyet Daily News" qəzeti hərbi mənbələrə istinadən xəbər yayıb.

Mənbə bildirib ki, baza El-Babdakı yüksəklikdə yerləşir.

Bazanın türk ordusunun zirehli texnikasının təmiri və dislokasiyası üçün istifadə edildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti