...

Ankarada yarımtikili xəstəxanada YANĞIN - Fəhlələr içəridə qalıb

Dünya xəbərləri Materials 22 İyun 2017 14:28 (UTC +04:00)
Ankarada yeni tikilməkdə olan xəstəxana binasında yanğın baş verib.
Ankarada yarımtikili xəstəxanada YANĞIN - Fəhlələr içəridə qalıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankarada yeni tikilməkdə olan xəstəxana binasında yanğın baş verib. Trend-in məlumatına görə, hazırda yanğın baş vermiş tikilidə fəhlələrin təxliyyə edilməsi istiqamətində təcili tədbirlər aparılır.

Son məlumata görə, bir neçə fəhlə tüstüdən zəhərlənib.

Yanğının baş vermə səbəbləri məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadası cəlb olunub.

Xəbər lenti

Xəbər lenti