Azərbaycan, Bakı, 16 aprel /Trend/
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İraqın şimalındakı regional idarə heyətinin rəhbəri Neçirvan Bərzani ilə görüşüb. Trend TRT telekanalının saytına istinadən bu barədə məlumat verir.
Liderlərin danışıq gündəliyində enerji əməkdaşlığı olub. Həmçinin boru kəməri ilə neftin nəqli, Suriyadakı vəziyyət, yeni NBM-lərin açılışı, eləcə də iqtisadi və ticari sazişlər müzakirə olunub.
Neçirvan Bərzani martın 30-da keçirilmiş bələdiyyə seçkilərindən sonra Türkiyəyə ilk dəfə gəlib.