...

Əcnəbilərin gözü ilə: "Birinci Avropa Oyunları idman hadisəsindən daha böyük məna daşıyır"

Baku 2015 : EUROGAMES Materials 30 Aprel 2015 11:29 (UTC +04:00)
Bakıda keçiriləcək Birinci Avropa Oyunları idman hadisəsindən daha böyük məna daşıyır.
Əcnəbilərin gözü ilə: "Birinci Avropa Oyunları idman hadisəsindən daha böyük məna daşıyır"

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Elmira Tarıverdiyeva/

Bakıda keçiriləcək Birinci Avropa Oyunları idman hadisəsindən daha böyük məna daşıyır.

Bunu Trend-ə ADA Universitetinin suriyalı tələbəsi Əmmar Həsən bildirib: "Düşünürəm ki, Birinci Avropa Oyunları olimpiadadan daha çox məna kəsb edir. Bu yarışların Azərbaycanı istər Avropada, istərsə də dünyada daha çox tanıtması mühüm amildir. Çünki bu tədbirdə müxtəlif ölkələrdən idmançılar və xarici qonaqlar iştirak edəcəklər".

Onun sözlərinə görə, Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi gələcəkdə Azərbaycana turist axınının çoxalmasına xidmət edəcək.

"Zamanla daha çox insan Azərbaycanı populyar turizm yeri kimi seçməyə başlayacaq", - deyə Ə.Həsən vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti