...

Bakı 2015-in bayrağı "Heydər Əliyev" zirvəsinə qaldırıldı (FOTO)

Baku 2015 : EUROGAMES Materials 7 May 2015 20:02 (UTC +04:00)
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin bir qrup əməkdaşı ümummilli liderin anadan olmasının ildönümünü bu zirvədə qeyd ediblər.
Bakı 2015-in bayrağı "Heydər Əliyev" zirvəsinə qaldırıldı (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin bir qrup əməkdaşı ümummilli liderin anadan olmasının ildönümünü bu zirvədə qeyd ediblər.

Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Protokol şöbəsinin əməkdaşları "Heydər Əliyev" zirvəsinə yürüş ediblər.

Azərbaycanda ən yüksək yaşayış məntəqəsi olan Quba rayonunun Xınalıq kəndindən başlayan yürüş dəniz səviyyəsindən 3 min 751 metr yüksəklikdə, Qızıl Qaya silsiləsində yerləşən həmin zirvəyədək davam edib.

Ulu öndərin əziz xatirəsini yad etmək və çoxmillətli kollektivin dərin ehtiramını bildirmək məqsədilə keçirilmiş bu yürüşdə iştirak edən BAOƏK-in əməkdaşlarından Royal Şirinov və Zaur Xəlilov birinci Avropa Oyunlarının bayrağını "Heydər Əliyev" zirvəsinə qaldırdılar.

İlk dəfə zirvəyə dırmanma təcrübəsini yaşamış Z.Xəlilov yürüşün ekstremal vəziyyətdə həyata keçdiyini dedi: "Səyahət zamanı şahid olduğumuz ildırım və şimşək çoxlarını geri qayıtmağa vadar etdi. Dizimizə çatan qar, aydın olmayan yollar və qar altında itmiş işarələr də əlavə çətinlik yaradırdı. Dümana görə 4-5 metr aralıda olanları görə bilmədiyimiz üçün qabaqda nəyə rast gələcəyimizi bilmirdik".

Zirvəyə qalxmaqdan böyük fəxr hissi duyduğunu bildirən R.Şirinov da yürüşün çətinliyi barədə danışdı: "Bu, adi bir missiya deyildi. Zirvəyə qalxmaq hər nə qədər çətin olsa da, bu missiyanın öhdəsindən gəlməli idik. Hava şəraitinin kəskin dəyişməsi heç də asan yürüşün olmayacağından xəbər verirdi. Həmin gün günorta saatlarında artıq zirvədə idik və qürurla Bakı-2015-in bayrağını əllərimizdə dalğalandırırdıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti