...

Turistlərin zövq alacağı məkan: Bakı buxtası, dəniz gəzintisi (FOTO)

Baku 2015 : EUROGAMES Materials 14 May 2015 08:00 (UTC +04:00)
Azərbaycan paytaxtının sakinləri və qonaqlarının ən sevimli əyləncələrindən biri Bakı buxtası akvatoriyasında, Dənizkənarı Milli Parkda dəniz gəzintisidir.
Turistlərin zövq alacağı məkan: Bakı buxtası, dəniz gəzintisi (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Elçin Hüseynov/

Azərbaycan paytaxtının sakinləri və qonaqlarının ən sevimli əyləncələrindən biri Bakı buxtası akvatoriyasında, Dənizkənarı Milli Parkda dəniz gəzintisidir.

650 nəfər üçün hesablanmış üçyaruslu katerdə böyüklər üçün biletin qiyməti 3 manat, beş yaşınadək uşaqlar üçün isə pulsuzdur. Katerin ilk iki mərtəbəsində iki qapalı məkan var, sonuncu - üçüncü yarus isə açıqdır və burada sərnişinlərin Bakının mənzərəsindən zövq almaq imkanı var.

Katerin göyərtəsində sərnişinlərə çay, kofe, sərinləşdirici içkilər, eləcə də "fast food" təklif edilir. Səyahət zamanı katerdə musiqi dinləmək, videoya baxmaq, pulsuz Wi-Fi-dan istifadə etmək mümkündür. Gəzintinin müddəti 40-50 dəqiqədir.

Hazırda Bakı bulvarının uzunluğu 6 kilometrdir, lakin tezliklə 15 kilometrədək artırılacaq və katerlər Dənizkənarı Milli Parkın bütün sahil zolağı boyunca hərəkət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti