...

Yol polisi: Yollarda "Avropa Oyunları" zolağına çıxanlar 40 manat cərimə olunacaqlar

Baku 2015 : EUROGAMES Materials 26 May 2015 14:57 (UTC +04:00)
Mayın 29-dan etibarən Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülər 40 manat məbləğində cərimə olunacaqlar.
Yol polisi: Yollarda "Avropa Oyunları" zolağına çıxanlar 40 manat cərimə olunacaqlar

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlkin İzzət/

Mayın 29-dan etibarən Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülər 40 manat məbləğində cərimə olunacaqlar. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, paytaxtda müəyyən edilən yollarda sarı rəngdə və Avropa Oyunlarının loqosunun əks olunduğu "Avropa Oyunları" zolaqları artıq çəkilib, eyni zamanda, həmin zolaqlar üzrə hərəkəti qadağan edən müvafiq 3.2 yol nişanları quraşdırılır. İşlər tam bitəndən sonra digər avtomobillərin həmin zolağa çıxmasına icazə verilməyəcək: "Mayın 29-dan etibarən Avropa Oyunları ilə əlaqədar müəyyən edilən nəqliyyat vasitələrindən savayı, digər avtomobillərin həmin zolağa çıxmasına qadağa qoyulacaq. Bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat miqdarında cərimə olunacaqlar".

V.Əsədov qeyd edib ki, I Avropa Oyunları ilə əlaqədar əvvəlcədən müəyyən edilmiş küçə və prospektlərə əlavə yol patrul inspektorları təhkim olunacaq, həmin yollara nəzarət olunmaqla təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti