...

Azarkeş: "Azərbaycanlı gimnastların Avropa Oyunlarındakı iştirakını yüksək qiymətləndirirəm"

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 16:04 (UTC +04:00)
"Çox sevinirəm ki, ölkəmizdə tarixdə ilk olan Avropa Oyunları keçirilir və biz də bu cür müasir Milli Gimnastika Arenasında yarışları izləmək imkanı əldə edirik".
Azarkeş: "Azərbaycanlı gimnastların Avropa Oyunlarındakı iştirakını yüksək qiymətləndirirəm"

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Çox sevinirəm ki, ölkəmizdə tarixdə ilk olan Avropa Oyunları keçirilir və biz də bu cür müasir Milli Gimnastika Arenasında yarışları izləmək imkanı əldə edirik". Bu barədə Trend-ə birinci Avropa Oyunlarında gimnastika üzrə yarışları izləməyə gəlmiş gimnastika həvəskarı Gülnarə Vəliyeva deyib.

G.Vəliyeva qeyd edib ki, bu cür böyük yarışların keçirilməsi həm ölkəmizi dünyaya tanıdır, həm də idmanın inkişafına böyük təsir göstərir: "Ölkəmizdə bu cür böyük tədbirlərin keçirilməsini görəndə adam fəxr edir. Bizim gənclik dövrümüzdə hər şey indiki kimi asan deyildi, gimnastika ilə məşğul olmaq üçün belə əlverişli şərait yox idi. İndiki uşaqlarımız xöşbəxtdirlər ki, onlar üçün ölkədə belə şərait var. Buna görə hər birimiz dövlətimizə, Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdar olmalıyıq".

O bildirib ki, gimnastika ilk növbədə sağlamlığın təminatçısıdır: "Gimnastika insanı bir çox xəstəliklərdən qoruyur. Gənclər hələ ki bunu dərk etmir, amma bizim kimi yaşlı insanlar bunu daha yaxşı bilirlər. Mənim vaxtilə gimnastika ilə məşğul olmaq imkanım olsaydı, bu gün özümü daha sağlam və gümrah hiss edərdim. Baxın, ölkəmizdə hər yerdə müasir idman zalları tikilərək istifadəyə verilib, hər cür şərait yaradılıb. Gənclərimiz bu imkanı düzgün qiymətləndirməli, asudə vaxtlarında gimnastika və digər idman növləri ilə məşğul olmalıdır".

G.Vəliyeva idmançılarımızın yarışlarda iştirakını yüksək qiymətləndirib: "İnanıram ki, yarışın sonuna qədər medallarımız da olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti