...

Britaniya saytı ilk Avropa Oyunları ilə bağlı geniş reportaj təqdim edib

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 14:52 (UTC +04:00)
Böyük Britaniyanın "Ibtimes.co.uk" portalında Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı geniş reportaj təqdim edilib.
Britaniya saytı ilk Avropa Oyunları ilə bağlı geniş reportaj təqdim edib

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Böyük Britaniyanın "Ibtimes.co.uk" portalında Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı geniş reportaj təqdim edilib.

Trend-in məlumatına görə, videomaterialda Avropa Oyunlarının əhəmiyyəti, britaniyalı atletlər üçün yaradılan şərait və qazanılan uğurlardan bəhs edilir: "Dumanlı Albion"u təmsil edən hündürlükdən suya tullanma üzrə idmançılar Atletlər kəndində onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edirlər. Böyük Britaniya komandası möhtəşəm Bakı Su İdmanı Sarayında keçirilən yarışlarda 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb".

Müxtəlif növlər üzrə 1 dəst medala sahib çıxan Ceyms Hitli deyib: "3 medal qazandığım üçün heyrətamiz hisslər keçirirəm. Bu cür nəticə əldə edəcəyimi gözləmirdim".

Daha bir qızıl medal qazanan Metyu Li isə Avropa Oyunlarında və Atletlər kəndində möhtəşəm ab-havanın olduğunu qeyd edib: "Bu, mənim karyeramda ilk multi-idman yarışıdır. Atletlər kəndində ab-havanı birinci dəfədir ki, duyuram. Bu, möhtəşəm hissdir. Həyatımda ən gözəl təəssüratlardır. Ümid edirəm ki, Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanacağam. Bunun üçün çox çalışmalıyam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti