...

Azərbaycan nümayəndə heyəti Türkiyədə "M.F.Axundzadə ili" ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək

Mədəniyyət Materials 25 Yanvar 2012 17:16 (UTC +04:00)
Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti 2012-ci ilin TÜRKSOY çərçivəsində "M.F.Axundzadə ili" elan edilməsi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək.
Azərbaycan nümayəndə heyəti Türkiyədə "M.F.Axundzadə ili" ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti 2012-ci ilin TÜRKSOY çərçivəsində "M.F.Axundzadə ili" elan edilməsi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək.

Trend-in çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinin TÜRKSOY çərçivəsində qeyd edilməsi və 2012-ci ilin həmin təşkilat tərəfindən "M.F.Axundzadə ili" elan edilməsi ilə əlaqədar yanvarın 26-da Türkiyənin Ankara şəhərində TÜRKSOY təşkilatının qərargahında rəsmi açılış mərasimi keçiriləcək.

Tədbirdə, həmçinin Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günay, TÜRKSOY təşklatının Baş katibi Düssen Kaseinov, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Nikolaz Rurua, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri və digərləri iştirak edəcəklər. Tədbir zamanı M.F.Axundzadə yaradıcılığına aid kitabların TÜRKSOY təşkilatına təqdim olunması və ədibin həyat və yaradıcılığına həsr edilmiş "Sabahın elçisi" adlı filmin nümayiş etdirilməsi nəzərdə tutulub.

"M.F.Axundzadə ili"nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilməkdədir.

Xəbər lenti

Xəbər lenti