...

Almaniyanın "Eurovision 2012" təmsilçisi Azərbaycanı daha yaxından tanımaq istəyir

Mədəniyyət Materials 3 Aprel 2012 15:20 (UTC +04:00)
Almaniyanın "Eurovision 2012" təmsilçisi böyük şou hazırlıqlarına başlayıb.
Almaniyanın "Eurovision 2012" təmsilçisi Azərbaycanı daha yaxından tanımaq istəyir

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Almaniyanın "Eurovision 2012" təmsilçisi böyük şou hazırlıqlarına başlayıb.

Trend eurovision.az saytına istinadən məlumat verir ki, "Eurovision 2012" hazırlıqları barədə danışan Almaniya təmsilçisi Roman Lob Bakı səhnəsindəki çıxışının çox sadə olacağını bildirib.

21 yaşlı müğənninin müsabiqədəki mahnısı ayrılıq mövzusundadır. "Standing still" adlı mahnı ilə Azərbaycanın ev sahibliyi edəcəyi böyük şouya gələn Roman Lob ölkəmizi və onun sakinlərini yaxından tanımaq arzusundadır.

Almaniya təmsilçisi müsabiqə ərəfəsində boş vaxt taparsa, mütləq Bakı çimərliyinə gedəcəyini də söyləyib.

Xəbər lenti

Xəbər lenti