...

Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında anım mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 7 May 2012 17:08 (UTC +04:00)
Bu gün Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında anım mərasimi keçirilib.
Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında anım mərasimi keçirilib.

Heydər Əliyev Sarayından bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbir zamanı öncə ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab və foto stendə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində böyük rol oynayıb.

O vurğulayıb ki, ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəni fəlakətdən xilas edib və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması həyata keçirilib.

Babayev qeyd edib ki, Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.

"Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb", - Babayev deyib.

O qeyd edib ki, ulu öndərin əsasını qoyduğu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən ugurla davam etdirilir. Azərbaycan daha da inkşaf edən və dünya dövlətləri arasında layiqli yerini tutan bir ölkəyə çevrilib.

Sonda mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad ediblər. Çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən danışıblar.

Tədbirdən sonra Heydər Əliyev Sarayının rəhbərliyi və kollektivi xalqımızın ümummilli liderinin Fəxri xiyabandakı məzarını ziyarət edib. Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Xəbər lenti

Xəbər lenti