...

Gənc azərbaycanlı yazıçının hekayəsi Vilnüsdə litva dilində çap edilib (FOTO)

Mədəniyyət Materials 11 İyul 2012 10:53 (UTC +04:00)
Litvanın “Šiaurės Atenai“ (“Şimal Afinası”) ədəbiyyat və incəsənət həftəlik qəzetinin 6 iyul 2012-ci il tarixində çapdan çıxmış 25 (1091) saylı nəşrində Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir Pərvinin (Pərvin Ələmdar qızı Nurəliyeva) “Samir üçün” adlı hekayəsi dərc edilib.
Gənc azərbaycanlı yazıçının hekayəsi Vilnüsdə litva dilində çap edilib (FOTO)

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Litvanın "Šiaurės Atenai" ("Şimal Afinası") ədəbiyyat və incəsənət həftəlik qəzetinin 6 iyul 2012-ci il tarixində çapdan çıxmış 25 (1091) saylı nəşrində Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir Pərvinin (Pərvin Ələmdar qızı Nurəliyeva) "Samir üçün" adlı hekayəsi dərc edilib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hekayəni litva dilinə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyev və litvaşünas Edita Ratkuviene çeviriblər.

Əsər gənc yazar Pərvinin Azərbaycan Yazıçılar Birliyi və "Təhsil" nəşriyyatının birgə layihəsi olan "Müəllifin ilk kitabı" seriyasından 2012-ci ildə çapdan çıxmış "Qar yağacaq" adlı hekayələr toplusundan götürülüb. Qəzetdə müəllifin həyat və yaradıcılığı barədə məlumatlar da yer alıb.

Mahir Həmzəyev otuz ildən artıqdır ki, Litvada Azərbaycan ədəbiyyatını təbliğ edir. O, 1988-ci ildə Vilnüsdə yaratdığı Litva Azərbaycanlıları Cəmiyyətinin xətti ilə də milli-mənəvi və mədəni dəyərlərimizin qorunub saxlanılmasını və yayılmasını təşkil edir, xalqımızın zəngin ədəbi-mədəni irsi ilə litvalıların öz ana dillərində tanış edilməsi və Azərbaycanın adının Baltik ölkələrində fəxrlə səsləndirilməsi işinə töhfələr verir.

Mahir Həmzəyev indiyədək litva dilinə Azərbaycan xalq nağıllarını çevirib, Nizami, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Eldar Nəsibli (Sibirel), Məmməd Namaz, Elçin Hüseynbəyli, Rəşad Məcid, Vahid Qazi və digər Azərbaycan yazıçılarının əsərlərindən tərcümələr edib və Litvada çap etdirib.

Xəbər lenti

Xəbər lenti