Bakı. Trend:
Çin 055 "Usi" tipli böyük esminesdən "YJ-20" hipersəs gəmi əleyhinə raketini sınaqdan keçirib.
Trend-in məluatına görə, bu barədə "Global Times" qəzeti xəbər verib.
Məlumata əsasən, sınağın görüntüləri bu gün "China Military Bugle" nəşri (Xalq Azadlıq Ordusu Məlumat və Media Mərkəzinin rəsmi veb saytı) tərəfindən dərc edilib
Görüntülərə əsasən, görə, "YJ-20" hipersəs raketi esminesin arxa hissəsində yerləşən şaquli buraxılış sisteminin (VLS) elementlərindən birindən buraxılıb.