...

Azərbaycanda Çin Mədəniyyət Günləri keçiriləcək

Mədəniyyət Materials 10 Dekabr 2012 15:32 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında protokola əsasən, dekabrın 10-14-də Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri keçiriləcək.
Azərbaycanda Çin Mədəniyyət Günləri keçiriləcək

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında protokola əsasən, dekabrın 10-14-də Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri keçiriləcək.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, tədbir çərçivəsində 11 dekabr, saat 17:00-da Milli İncəsənət Muzeyində Çin rəssamlarının "Rəngkarlıq - İpək yolu" adlı sərgisi açılacaq.

Dekabrın 11 və 13-də, saat 19:00-da isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində məşhur Qansu Teatrının təqdimatında "Dunxuan mağarasının cazibəsi" rəqs-tamaşası göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti