...

"TRT Haber" Azərbaycan haqqında silsilə proqramlar hazırlayacaq

Mədəniyyət Materials 4 Mart 2013 11:17 (UTC +04:00)
"TRT Haber" kanalının ən cox izlənilən proqramlarından olan "Ufuk Cizgisi" proqramının çəkiliş qrupu Azərbaycana gəlir.
"TRT Haber" Azərbaycan haqqında silsilə proqramlar hazırlayacaq

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

"TRT Haber" kanalının ən cox izlənilən proqramlarından olan "Ufuk Cizgisi" proqramının çəkiliş qrupu Azərbaycana gəlir.

Telekanalın Baki təmsilçisi Yüksel Degercanın Trend-ə verdiyi məlumata görə, "TRT"nin ən təcrubəli proqram rejissorlarından biri hesab olunan Halik Koç və cəkilis qrupu martın 14-21 tarixlərində Bakıda olacaq.

"Kecən həftə "TRT Haber" kanalında Xocalı qətliamını və Qafqaslardakı gərginliyi ekranlara gətirən Haluk Koç Azərbaycan haqqında proqramlar hazirlayacaq. Ermənilər tərəfindən qəddarlıqla öldürülən Azərbaycan türklərinin Qubadakı kütləvi məzarlığında,cəbhə xəttində, elecə də 31 mart soyqırımı haqqında proqramlar hazırlanması planlaşdırılır", kanalın təmsilçisi bildirib.

Onun sözlərinə görə, proqramlarda Azərbaycan iqtisadiyyatinin inkisafi, Xəzərin neft ve qaz sektorundaki Türkiyə-Azərbaycan əməkdaşlığı, elecə də Dağlıq Qarabag problemi və qondarma erməni iddiaları isiqlandırılacaq.

Haluk Koçun rəhbərliyi altında hazırlanacaq proqram martın 20-də Bakıdan canlı yayımlanacaq. Proqrama Azərbaycandan qonaqlar da dəvət ediləcək. Ümumiyyətlə, "TRT Haber" kanalında Azərbaycan haqqında bir sıra silsilə proqramlar ekranlara gətiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti