...

Bordo Fransada "Azərbaycan günləri"nin keçiriləcəyi 11-ci şəhər olacaq

Mədəniyyət Materials 26 Aprel 2013 15:36 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə gerçəkləşən "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində "Azərbaycan günləri" davam edir.
Bordo Fransada "Azərbaycan günləri"nin keçiriləcəyi 11-ci şəhər olacaq

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə gerçəkləşən "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində "Azərbaycan günləri" davam edir.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, ötən ilin oktyabrından ölkəmizi Fransanın regionlarında yaxından tanıtmaq məqsədilə həyata keçirilən layihənin növbəti tədbiri cari il aprelin 27-29-da Bordo şəhərində təşkil olunacaq. Bordo "Azərbaycan günləri"nin keçiriləcəyi 11-ci şəhər olacaq.

Bununla əlaqədar səfirlik şəhərdə geniş reklam işləri aparır. Yerli radioda Azərbaycanın Xəzər dənizi sahilində yerləşməsi, Şərqlə Qərb arasında körpü rolu oynaması, qədim tarixi və zəngin mədəniyyəti, Bordoda təşkil olunacaq sərgi və konsert, habelə xalqımıza məxsus muğam, onun UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi barədə vaxtaşırı məlumatlar səsləndirilir.

Azərbaycan günlərini əks etdirən afişalar artıq ictimai nəqliyyat vasitələrində və şəhərin görməli yerlərində asılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti