...

Azərbaycanda Belarusun Mədəniyyət Günləri keçiriləcək

Mədəniyyət Materials 3 İyun 2013 16:17 (UTC +04:00)
2013-cü il 4-7 iyun tarixində Azərbaycanda Belarusun Mədəniyyət Günləri keçiriləcək.
Azərbaycanda Belarusun Mədəniyyət Günləri keçiriləcək

Azərbaycan, Bakı, 3 iyun /Trend/

2013-cü il 4-7 iyun tarixində Azərbaycanda Belarusun Mədəniyyət Günləri keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, Mədəniyyət Günləri çərçivəsində konsertlər, fotosərgi, Belarus kino günləri təşkil olunacaq.

Nümayəndə heyətinin rəhbəri Belarus mədəniyyət nazirinin müavini Vasili Çernikdir.

Mədəniyyət Günləri ilə əlaqədar aşağıdakı tədbirlərin keçirilməsi nəzərdə tutulub:

4 iyun 2013

Saat: 19.00 - Mədəniyyət günlərinin təntənəli açılış mərasimi. Belarus incəsənət ustalarının qala-konserti (Azərbaycan Dövlət Filarmoniyası)

5 iyun 2013

Saat 12:00 - Belarus kino günləri. Cizgi filmlərinin nümayişi (Nizami Kino Mərkəzi)
Saat 18:00 - "Belarus Respublikasının həyat və təbiəti" fotosərgisinin açılışı ("1969" qalereyası, Üzeyir Hacıbəyli küçəsi, 69)
Saat 19:00 - Belarus Respublikasının kino günləri. "Brest qalası" bədii filminin nümayişi (Nizami Kino Mərkəzi)

6 iyun 2013

Saat: 12.00 - Belarus incəsənət ustalarının qala-konserti (Mərdəkan qəsəbəsi, Mədəniyyət Sarayı)
Saat 19:00 - Belarus kino günləri. "Belmondonun oğurlanması" bədii filminin nümayişi (Nizami Kino Mərkəzi)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti