...

Şəkidə xalq artisti Rasim Ocaqovun 80 illik yubileyi münasibəti ilə mərasim keçirilib

Mədəniyyət Materials 24 Noyabr 2013 15:22 (UTC +04:00)
Trend Kanal S-ə istinadən xəbər verir ki, Şəkidə görkəmli rejissor və operator, xalq artisti Rasim Ocaqovun 80 illik yubileyi münasibəti ilə anım mərasimi keçirilib.
Şəkidə xalq artisti Rasim Ocaqovun 80 illik yubileyi münasibəti ilə mərasim keçirilib

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Trend Kanal S-ə istinadən xəbər verir ki, Şəkidə görkəmli rejissor və operator, xalq artisti Rasim Ocaqovun 80 illik yubileyi münasibəti ilə anım mərasimi keçirilib.

Mərasimdə respublikanın tanınmış incəsənət xadimləri, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı və digər rəsmilər iştirak ediblər.

Mərasim iştirakçıları ilk əvvəl Rasim Ocaqovun "Sülh meydanı"da yerləşən barelyefi önünə gül dəstələri qoyub, xatirəsini yad ediblər. Daha sonra qonaqlar Şəki Dövlət Dram Teatrında xalq artisti, dövlət mükafatları laureatı Rasim Ocaqovun həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.

Tədbir iştirakçılarını salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mərhum rejisssorun həyat və yaradıcılığı, çəkdiyi filmlər barədə danışıb. Çıxışlarda Rasim Ocaqovun Azərbaycan kinosuna verdiyi töhfələrdən bəhs edilib. Rasim Ocaqovla münasibətdə olan insanlar xatirələrini bölüşüblər.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti