...

Azərbaycanda Moldovanın Mədəniyyət Günləri keçiriləcək

Mədəniyyət Materials 23 Aprel 2014 15:40 (UTC +04:00)
Bu il 28 aprel-1 may tarixlərində Azərbaycanda Moldovanın Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulub.
Azərbaycanda Moldovanın Mədəniyyət Günləri keçiriləcək

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bu il 28 aprel-1 may tarixlərində Azərbaycanda Moldovanın Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulub.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, Moldovanın nümayəndə heyətinə ölkənin mədəniyyət naziri xanım Monika Babuk rəhbərlik edəcək. Moldovanın Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi aprelin 29-da Azərbaycan Dövlət Filarmoniyasında olacaq. Mədəniyyət Günləri aprelin 30-da Sumqayıt şəhərində davam edəcək.

Mədəniyyət Günlərinin keçirilməsində məqsəd iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığı inkişaf etdirmək, xalqları bir-birinə daha yaxından tanıtmaqdır.

Mədəniyyət Günləri Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın qərarına əsasən keçirilir.

Qeyd edək ki, 2012-ci ilin 11-15 noyabr tarixlərində Moldovada Azərbaycanın Mədəniyyət Günləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti