Azərbaycan, Bakı, 5 mart /Trend/
2015-ci ilin 04 - 08 mart tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən "İTB 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur. Sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 104 kv.m-lik stend hazırlanıb.
Trend nazirliyin saytına istinadən xəbər verir ki, sərgiyə gələn xarici qonaqlar və turistlər Azərbaycan stendini ziyarət edir. Qonaqlar arasında cari ilin 04 mart tarixində Türkiyənin Xarici İşlər Naziri Mevlud Çavuşoğlu Azərbaycan stendinə gələrək, Azərbaycanın turizm potensialı ilə bağlı məlumatlandırılmış və sərginin işinə uğurlar arzulayıb.